İdmançımız medal üçün erməni ilə güləşəcək

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio Olimpiadasında ölkəmizə üçüncü bürünc medalı qazandıra bilər.
Oxu.Az xəbər verir ki, o, bu gün bürünc medal üçün təsəlliverici yarışa çıxıb.
Lamyed Maafini (Tunis) 11:1 hesabı ilə məğlub edən ikiqat Avropa çempionu, dünya mükafatçımız bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ikiqat Avropa mükafatçısı Karapet Çalyan (Ermənistan) olacaq. Bu bürünc medal uğrunda görüş Bakı vaxtı ilə saat 14:30-da olacaq.
Qadın güləşçimiz Elis Manolova (68 kq) isə Meerim Cümənəzərovaya (Qırğızıstan) 1:4 hesabı ilə uduzaraq medalsız qalıb.