Rusiyadakı meşə yanğınlarının fəsadları Qrenlandiyaya çatıb

Rusiyanın Saxa-Yakutiya Respublikasının ərazisində baş verən meşə yanğınlarının tüstüsü Qrenlandiya adasına çatıb.
REN TV xəbər verir ki, bu barədə Avropa Hava Monitorinqi Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Saxa-Yakutiya Respublikasının ərazisində son bir gündə yanğınların sahəsi 255 min hektara qədər genişlənib və bu mütləq rekorddur.
Hazırda Qrenlandiya ərazisindən hiss iyinin gəldiyi qeyd olunur.