Reaksiya:“Azərbaycan “sərhədtanıtma əməliyyatı” keçirməlidir”

“Təxribatlar ara verməyəcək”

“Bu məqsədlə məsələyə kənar “oyunçular” cəlb edir”

“Atəşkəsin  pozulması da eyni niyyətə hesablanıb” 


Məşhur Amerika yazıçısı Mark Tvenin “Tom Soyerin macərəları” əsəri var. Ermənistanda Nikol Paşinyanın macəraları yazılır. Amma başa düşmürlər ki, qələm öz əllərində deyil...
Prezident Armen Sarkisyanın müvafiq fərmanı ilə Paşinyan baş nazir kimi təsdiqləndi. Beləliklə, indiyədək hakimiyyətinə olan təhlükə xeyli azaldı. Bu isə o deməkdir ki, Paşinyan daha konkret addımlar atmağa çalışacaq, nalla, mıxla daha az oynayacaq.

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli proseslərin bundan sonrakı inkişafı barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Düşmən ölkədə baş verənlərə məsuliyyət daşıyan tərəf yoxdur. Üçtərəfli razılaşmalara isə Paşinyan qol çəkib. Ermənistan yeni sərhəd xətlərini qəbul etmək istəmir. Paşinyan sərhədlərin müəyyənləşməsi prosesinə əngəl olur. Bu məqsədlə məsələyə kənar “oyunçular” cəlb edir. Atəşkəsin  pozulması da eyni niyyətə hesablanıb. Təxribatlar ara verməyəcək. Və hər dəfə atəşkəs pozulduqca Azərbaycan “sərhədtanıtma əməliyyatı” keçirməlidir.