Afaq Gəncəli Bodrumda dincəlir... - FOTO

Aparıcı Afaq Gəncəli bir müddətdir ki Bodrumda istirahət edir. O,  İnstaqram hesabında tətildən fotolarını paylaşıb.
“Sherg.az” xəbər verir ki, A.Gəncəli paylaşımlara bu rəyi yazıb:
“Hər səyahətin özünəməxsus tarixçəsi var. Bu, səfər o qədər maraqlı keçdi ki, Bodrum məni geri səsləyir. Gəlirəm”.
Lakin aparıcını sosial şəbəkə istifadəçiləri tənqid atəşinə tutublar. Ona Türkiyədə davam edən yanğınları xatırladıblar.
“u_lya_1” adlı istifadəçi “Bodrum yanır, bəxtəvər” şərhini əlavə edib.
“roya_shirinova”: “Bodrum kül oldu. Camaat nə haydadır”.
“p.akhmedovva”: “Nə gündədirlər. Millət qan ağlayır.  Bunlar öz keflərindədir. Yaxşı ki göydən daş yağmır”.