Tolik toy müğənnilərini aşağıladı:“... “Çuşka” qalacaqlar” 


Müğənnilər Zamiq Hüseynov və Röya Ayxanın mərhum xalq artisti İlhamə Quliyevanın “Neylərsən?” mahnısını ifa etməsi müzakirə predmentinə çevrilib.
Rəqsanə İsmayılova bir vaxt həmin mahnını İlhamə xanımdan icazə alıb səsləndirdiyini söyləyib:

“Allah İ.Quliyevaya rəhmət eləsin. Ölməz sənətkar həmişə yaşayacaq. Faiq Süccəddinovun əsərləri daim dillər əzbəri olub. Dəyərli bəstəkar, Tanrı sizə ömür versin. Bu mahnını İlhamə xanımın iznini alaraq oxudum. Sənət dostlarım da ifa ediblər. Xeyirli olsun. Hər kəsin öz ifa tərzi var. Əsas odur ki, belə  əsərlər yaşayır və nəsildən-nəsilə ötürülür”.

“Sherg.az” xəbər verir ki, aparıcı, psixoloq İlham Mirzəyev isə məsələ haqda bu sözləri yazıb:

“İ.Quliyeva sənətini sevənlər, sizi xoş gördük.  “Neylərsən?” onun ən sevdiyi mahnı idi. Çünki öz həyatından bəhs edirdi. Ona görə də  bu əsərə öz möhürünü vurub dünyadan köçdü”,

Prodüser Tarix Əliyev (Tolik)  Röyaya dəstək paylaşımı edib. O, bunları deyib:

“Onlar heç kim olmayacaqlar. Nə qədər adını çəkib, özlərini səninlə bir  görmək istəyəcəklər elə toyxanada “çuşka” qalacaqlar. Söhbət bir müğənnidən deyil, Röyanın adını çəkən hamıdan gedir. Özünüzü tapın! Röya özünü çoxdan təsdiqləyib. İstər sənətdə, istərsə də dövlət yanında”.