ADA –da TƏLİM: “Demə, bilmədiyimiz xeyli məlumat var imiş”

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə “Al Jazeera” media şəbəkəsinin Azərbaycanın media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimləri davam edir.

 Avqustun beşinədək keçiriləcək təlimlərdə müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edir.

 “Qazilər.az” saytının baş redaktoru, jurnalist Rey Kərimoğlu təlimlər barədə “Sherg.az”a danışdı:

“Təlimlər həm nəzəri, həm də praktik cəhətdən əhəmiyyətlidir. Yüksək səviyyədə təşkil olunub. Demə, bilmədiyimiz xeyli məlumat var imiş. Təlimçilər kifayət qədər bacarıqlı, tanınmış şəxslərdir. Onların arasında altı il həbsdə qalan, İŞİD-in əsirliyində olmuş şəxslər var”.