Türkiyədəki yanğınlarda erməni "izi"... – “PKK-ya dəstək verirlər”

“Onlar Türkiyəyə dərs vermək eşqinə düşüblər. Lakin hər biri aşkarlanacaq və lazımi cəzasını alacaq”

“Təəssüf ki, Avropa Birliyi qardaş ölkədə baş verənlərə səssiz qalmaqdadır”

 “Yanğınların təbii səbəbdən olduğuna inanmıram. Fikrimcə, siyasi motivlər var”.
 Bu sözləri Türkiyədəki yanğınlar barədə “Sherg.az”a danışan politoloq Qabil Hüseynli dedi.
 Onun sözlərinə görə, Türkiyəni istəməyənlər kifayət qədərdi:


“Avropa Birliyi, Fransa, Yunanıstan qardaş ölkənin əleyhinədirlər. Həmçinin ABŞ, Rusiyanın müəyyən dairələri PKK-ya dəstək verirlər. Hətta ermənilərin də bu işdə “əli var”.

Terrorçu qruplaşmalar ən azı on ildir ki, Türkiyədə oxşar yanğınlar törədirlər. Və bu işdə adətən uşaqlarda, o cümlədən “atəş cocuqlarından” istifadə olunur. Yanğınlar bir çox hallarda ailələrin piknik etdiyi yerlərdə çıxarılır. Dövlət isə təxribatçıları asanlıqla müəyyənləşdirməkdə çətinlik çəkir”.

 Q.Hüseynli düşmənlərin lazımi cavabı alacaqlarını dedi:

“Uzun müddətdir ki, təxribatlara hazırlıq gedirdi. PKK bəyanatında deyib: “Türkiyə bizi başa düşmədiyinə görə indi “yanğın dili” danışacağıq”. Terrorçular belə demək mümkünsə, “gəmidə oturub gəmiçi ilə dava edirlər”. Onlar Türkiyəyə dərs vermək eşqinə düşüblər. Lakin hər biri aşkarlanacaq və lazımi cəzasını alacaq. Mən buna əminəm. Təəssüf ki, Avropa Birliyi qardaş ölkədə baş verənlərə səssiz qalmaqdadır”.