Erməni güləşçi mükafatlandırma zamanı qalmaqallı hərəkət edib

Ermənistanın yunan-Roma güləşçisi Artur Aleksanyan Tokio-2020 Yay Olimpiya Oyunlarında mükafatlandırılma mərasimində gümüş medalı boynuna asmaqdan imtina edib.
"Report"un məlumatına görə, buna 30 yaşlı idmançının finalda Musa Yevloyevə uduzması səbəb olub. Məğlubiyyəti həzm edə bilməyən güləşçi hakimlərin qərarına etiraz edib.
Aleksanyan miks-zonada isə "Medal qazanmaq üçün rusiyalı olmaq lazımdır" deyib.
Qeyd edək ki, bu, Tokio olimpiadasında erməni idmançılarla bağlı ikinci insidentdir. Daha əvvəl Gürcüstanı təmsil edən nüvə itələyən Benik Abramyanda dopinq aşkarlanıb. İdmançı bu səbəbdən yarışa buraxılmayıb.