Anar Mədətov:"İradə İbrahimovanın bacısı Nigarı "sildim""

Prodüser Anar Mədətov “Söz Baz” verilişində qonaq olarkən həyatından söz açıb.
“Sherg.az” xəbər verir ki, o bəzi insanların ona münasibətinin yaxşı olmadığını deyib:
“Hər kəsə şamil etmirəm. Çox məsələləri bilirəm. Şou-biznesdə elə adamlar var, onlara demək  olar ki, keçmişini unutma. Mənim  problemlərim olanda  çox insan güldü, sözbazlıq etdi, orda-burda danışdı. Adamlar kiminsə çətin vaxtında tapdalamağa çalışır. O zamanlarda  ən yaxınlarımdan  İradə İbrahimovanın bacısı Nigar İbrahimovanı "sil"dim”.
Qeyd edək ki, bir-neçə il öncə A.Mədətovun xanımından boşanmamış başqa biri ilə toyunun baş tutması haqda xəbərlər yayılıb. O, ilk xanımından rəsmən boşandığını söyləyib.