Rəhim:"Çalışmışam ki, mediadan uzaq durum"

Müğənni-bəstəkar Rəhim Rəhimli “Səhər-səhər” proqramında sənətindən bəhs edib.
“Sherg.az” xəbər verir  ki, o bunları söyləyib:
“Mediadan həmişə  uzaq durmuşam. Bu günə qədər bir-iki jurnalistə danışmışam. Şou-biznes məclislərinə getmirəm. Çünki ən sonda söhbət  ailəyə gəlib çıxır və narazılıq yaranır. Mənim anam, qardaşım var. Onlar da  baxarlar, əsəbləşərlər. Bu üzdən çalışmışam ki, mediadan uzaq durum. Deyirəm, xahiş edirəm, məndən yazmayın”.