Türkiyəni ağladan foto...

Qadın evinin yandığını bilmir

Antaliyanın Manavqat qəsəbəsində yanğınlar 8-ci gündür davam edir. Bir çox məhəllədə evlər istifadə edilməz hala gəlib. Yanğında külə dönən evinin önündə yatan adamın fotosu ictimai mediada minlərlə istifadəçi tərəfindən paylaşılıb. Qadının Fatma Öksüzoğlu (87) olduğu bildirilir. Öksüzoğlu “alzheimer” xəstəsidir və evinin yandığını xatırlamır.

Anasının tək uşağı olduğunu söyləyən Məqbula Öksüzoğlu hadisəni belə nəql edir:

-Anamla birlikdə qalıram. İkimiz birlikdə yaşayırıq. Yanğının olduğu gecə yatmadıq. Gecə saat 2-yə  kimi tüstü hər yeri basdı. Axırdakı heyvanları çıxardıq. Avtomobilə minib dənizə doğru getdik. Uşaqlarım evə baxmaq üçün döndülər, amma söndürə bilmədilər. Evimiz tamamilə kül oldu. Həyat yoldaşım 4 ay əvvəl vəfat edib. Anamla birlikdə qalırdıq".

Anasının “alzheimer” və təzyiq xəstəsi olduğunu ifadə edən Öksüzoğlu, "Evinin yandığından xəbəri yoxdur. İlk dəfə “ana, evimiz yandı” dedim. “Böyük evmi yandı?" dedi, sonra unutdu. İndi qohumlarımın yanında qalıram. Kənddə açıq ev tapsaq orada qalacağıq. Anamı götürmək üçün gəldilər, vermədim. Vermərəm, zatən məni görmədən dayana bilməz. Məni “ana” deyə çağırır. Mən hardayamsa, o da orada olacaq. Bir anama baxmayacaq qədər zəif deyiləm. Bir o, bir də mən varam. Məndən başqası baxa bilməz ona" deyə bildirib.