"Kimsənin çantasını daşıyan olmamışam"

Nazilə Səfərli şou-biznesə öz hesabına gəldiyini söyləyib

Şairə Nazilə Səfərli növbəti açıqlaması ilə diqqət çəkib. O, jurnalist Vüqar Kamiloğluna müsahibəsində bir sıra məqamlara toxunub. 
“Şərq” xəbər verir ki, N.Səfərli şou-biznesə öz hesabına gəldiyini söyləyib: “Sadəcə işimi görmüşəm. Kimsənin çanta daşıyanı olmamışam. Məsələn, əvvəl musiqiçi və ya prodüser olur, sonra müğənniliyə başlayır.

Eləsi də  var ki, ustadının yanında şagird kimi çalışır, sonra bir yana çıxır. Bəzi xanım ifaçıları “filankəsin müğənnisi” kimi tanıyırlar. Yəni kiminsə orkestrində çalışıb. Bir az yolunu azan kimi deyirlər, filankəsin kostyumunu tutan sən deyildin? Yəni məndə belə bir şey olmayıb. Onların da etdiyi başıaşağılıq deyil. Amma belə məqamlarda sənətkarın qarşısında dik-dik danışa bilməzsən. Gözəl ola bilərsən, şarmın da olar. Bunlar səni xalqa sevdirməz. Tanınmağa qalsa... Salfet də tanınır, əl silib atırıq. Hamı bilir ki, salfetdir. Bunsuz da olur. Əlimizi silməsək nə olacaq ki? Bir az gec quruyacaq. Tamaşaçı sənə möhtac olmalıdır. Efirə çıxanda  izləyici düşünməlidir ki, görəsən o nə deyəcək, nə geyinəcək. Sənətkar ona deyirəm ki, bir il telefonunu söndürsün. Sonra ona zəng gəlsin ki, haradasan?”