Vaksinasiya yeni mutasiyaların qarşısını alırmı? - Açıqlandı

Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko koronavirus infeksiyası ilə "Komsomolskaya pravda" radiosuna danışıb.
Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Həkim virusun mutasiyasının onun təbii təkamülü olduğunu söyləyib. Onun fikrincə, vaksinləşmə yeni mutasiyaların meydana çıxmasının qarşısını almağın ən effektiv yollarındandır.