Tokio-2020: Azərbaycan boksçusu mükafatlandırılıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin yarışında 81 kq çəki dərəcəsində fərqlənən boksçular mükafatlandırılıb.
"Report"un məlumatına görə, medalçılar sırasında Azərbaycan təmsilçisi Alfonso Dominges də yer alıb.
O, rusiyalı İmam Xatayevlə birlikdə bürünc medal qazanıb.
Kubalı Arlen Lopez finalda Benjamin Uittakerə (Böyük Britaniya) qalib gələrək ardıcıl ikinci dəfə olimpiya çempionu olub.