Daha bir şəhərdə qanlı atışma baş verdi

Hələlik hadisənin digər təfərrüatları açıqlanmır


  Niderlandın Utrext şəhərində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Niderland polisi məlumat yayıb.
İlkin məlumatlara əsasən, ən azı bir nəfər ölüb.
"Terror motivi mümkün variantlardan biri kimi nəzərdən keçirilir", - deyə polisin rəsmi "Twitter" səhifəsində bildirib.

Hələlik hadisənin digər təfərrüatları açıqlanmır.

Dəmiryolu vağzalı polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerində xilasedicilər işləyir.