Keçmiş vitse-prezident prezident olmaq istəyir




ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

ONA-nın CNN-ə istinadən verdiyi məlumata görə, o, bu barədə videomüraciətində bildirib. Siyasətçi kampaniya videosunda deyib ki, bu gün ABŞ-da əsas dəyərlər hazırkı prezident Donald Trampa görə təhdid altındadır.

Qeyd edək ki, bu, 76 yaşlı siyasətçinin prezident postu tutmaq üçün 3-cü cəhdi olacaq. İlk dəfə o, 1988-ci, 2-ci dəfə 2008-ci ildə prezidentlik uğrunda mübarizə aparıb.