Kondisionerlə bağlı bilmədiyimiz DƏHŞƏTLİ FAKTLAR: nəfəsimizi necə kəsirik ? !





Kondisionerlər iqlim istiləşməsini və havanın çirklənməsini sürətləndirir.

«Sherg.az» «sciencesetavenir.fr»ə amerikalı alimlərin apardığı tədqiqata görə, məhz bu səbəbdən planeti qorumaq üçün kondisionerləri söndürmək lazımdır:

« Doğrudur, biz kondisionerlərlə evimizin sərinlədiririk və bundan həzz alırıq, amma düşünmürük ki, bununla eyni zamanda «nəfəsimizi kəsirik». Bu barədə amerikalı alimlərin « Environmental Science & Technology» jurnalında məqalələri dərc olunub. Alimlərin qənaətinə görə, kondisionerlər planetdə istiləşməni normal vəziyyətdən 3-4 faiz artırır.

Bununla bağlı bir neçə şəhərdə tədqiqatlar aparılıb. Kondisionerlərin çox quraşdırıldığı şəhərlərdə iqlim şəraiti daha isti olur və bəzən istilik pik həddə çatır ».

Tədqiqatçı alim David Abel bildirib ki, kondisionerlər işləyərkən karbon dioksidi, kükürd dioksidi, azot oksidi ifraz edir ki, bu da həm temperaturun yüksəlməsinə, həm də atmosferin çirklənməsinə səbəb olur ».


Tərcümə etdi : Ayyət Əhməd