Bakı hələ səbrli davranır
Fidan Həmişəyeva
09:59 06.03.2021
Aktual
649
Tehran Azərbaycanın düşmənləri ilə əməkdaşlığı davam etdirsə suallar çox olacaq
İran Məsləhət Şurasının katibi Möhsün Rzayi ölkəsini Qarabağda atəşkəsə nəzarət və bərpa işləri üzrə komitənin üzvü olmağa çağırıb. Martın 1-də Qum şəhərində Qarabağın işğaldan azad olunması münasibətilə toplantıda çıxış edən Rzayi faktiki olaraq, İran silahlı qüvvələrini Qarabağa göndərmək iddiasını irəli sürüb.
Öz çıxışında həm də İsrailə qarşı bəyanatlar səsləndirən Möhsün Rzayi deyib ki, İran Dağlıq Qarabağa girməli, onun yenidənqurma işində rol oynamalı, atəşkəs komitəsində iştirak etməli və Laçın dəhlizinə nəzarət işini öz əlinə almalıdır: “Bu gün Azərbaycan məsələsi bizim üçün təkcə qonşuluq məsələsi deyil.
Biz iki ölkədə yaşayan bir millətik və Azərbaycan bizim bir çox digər qonşularımızdan fərqlidir. Biz ortaq tarixi xüsusiyyətlərlə yanaşı, eyni mədəniyyətə və məzhəbə malik bir millətik. Hesab edirəm ki, İran İslam Respublikasının bu günə qədər yürütdüyü ən böyük səhvlərindən biri Azərbaycanı özü üçün qonşu ölkə saymasıdır. Halbuki, bizim millət Azərbaycanın rus çarlarının əlindən azad olunması uğrunda minlərlə şəhid verib”.
Politoloq Sədrəddin Soltan bildirib ki, İranın Azərbaycan qaçqınlarına 43 milyon dollar yardım xərcləməsi ilə bağlı məlumat yanlışdır. Məcburi köçkünlər yalnız Araz çayını keçdikdən sonra Azərbaycan ərazisinə yola salınmışdı. Hətta onları İran ərazisində incitmişdilər. Bununla bağlı dəqiq faktlar var. Sonra İran Azərbaycanda məcburi kökçünlər üçün çadır şəhərciyi inşa edərkən jurnalistlərin, Azərbaycan dövlət rəsmilərinin həmin əraziyə daxil olmasına icazə vermirdi. Çadır düşərgələri bir növ İran hakimiyyətinin adamları tərəfindən qorunurdu. Bu yardımlar İranın “İmdad Xomeyni” cəmiyyəti tərəfindən həyata keçirilirdi. Sonralar bu qurum Azərbaycandan qovuldu və fəaliyyəti dayandırıldı. Möhsün Rzayinin çıxışına gəlincə, o, səlahiyyətlərini aşaraq Dağlıq Qarabağdakı ermənilərə muxtariyyət vəd edir. Yəni Rzayi özbaşına danışaraq Azərbaycanda hansısa bir etnik qrupa muxtariyyət vəd edir”.
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu da “Şərq”ə açıqlamasında vurğulayıb ki, İran siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycana yardımla bağlı bəyanatlarını səmimi hesab etmir:
“Sadəcə olaraq, İran əmin olmaq istəyir ki, Bakı anti-İran xarici siyasətinə qoşulacaq, ya qoşulmayacaq. Azərbaycanın praqmatik dövlət maraqları isə bu məsələdə neytral qalmağa üstünlük verir. Ancaq Tehran Azərbaycanın düşməni olan ölkə ilə əməkdaşlığa davam edərsə, rəsmi Bakının İrana sərt şəkildə münasibətlərin səbəbini soruşmaq haqqı var.
Güman etmirəm ki, yaxın vaxtlarda Tehran Ermənistana yardımdan əl çəksin. Onu da unutmayaq ki, İranın Azərbaycana təsir imkanları yetərincədir. Vaxtilə İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni belə bir şüar ilə çıxış etmişdi - dünya şiələri birləşin! Bu şüar bugünədək İranın xarici siyasətinin göstəricilərindən biri kimi nəzərdən keçirilir. İran Azərbaycana təzyiq üçün hansı addımları ata bilər? Bu məsələ barədə bir qədər düşünmək lazım gəlir.
Tehran rejiminin Azərbaycanla bağlı ən əsas silahının bəzi islam təmayüllü təşkilatları maliyyələşdirməsi sirr deyil, lakin bu qüvvələr yetərincə güclü deyillər və Azərbaycanda ictimai rəyə təsir imkanlarına malik deyillər.
Buna baxmayaraq, İranın Azərbaycan dindarlarının bir qisminə təsir imkanları az deyil. Burada mötədil islamçıları da gözləmək yersiz görünür. Çox sadə bir həqiqətə görə - ac ölkədə yalnız siyasiləşmiş və radikal islam meydana çıxa bilər. İran hərbi baxımdan Azərbaycandan xeyli güclüdür, bu ölkənin 13 milyon hərbiçisi var. Əhalisinin sayı, büdcəsi də Azərbaycanla “haqq-hesab çürütməyə” imkan verir.
Bir anlığa təsəvvür edək ki, Azərbaycan Qərbin dəstəyi ilə İranla açıq qarşıdurmaya gedir, situasiya İranın hərbi müdaxiləsi ilə sonuclanır. Bu baxımdan, İranla diplomatik dildə anlaşmaq zorundayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat