İran Yaxın Şərqdəki ABŞ obyektlərinə zərbələr endirmək üçün Amerikanın “Starlink” peyk rabitə sistemindən istifadə etmiş ola bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistlər Trampdan Tehranın “Starlink” sisteminə çıxış əldə edib-etmədiyini soruşublar.
“Bəli, bu, tamamilə mümkündür. Amma bizim də başqalarının malik olduğu hər şeyə çıxışımız var”, – ABŞ lideri cavab verib.
Qeyd edək ki, Pentaqon daha əvvəl İranın “Starlink” sistemindən istifadə etdiyini təsdiqləyən məlumatlara malik olmadığını açıqlayıb.
“Vaşinqton Post” qəzeti də mənbələrinə istinadən İranın ABŞ qüvvələrinə qarşı əməliyyatlarda “Starlink”dən istifadə etdiyini yazıb. Lakin sistemi idarə edən “SpaceX” şirkəti bu məlumatı təkzib edərək, İran hərbçilərinin xidmətdən istifadə etdiyinə dair sübut olmadığını bildirib.