Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü A. Qurbanova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, A. Qurbanovaya tanışı 1998-ci il təvəllüdlü P. Tağıyeva bıçaqla xəsarət yetirib.
Məlumata görə, hadisə qadınlar arasında qısqanclıq zəminində baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.