Son xəbərlər

Küçədə yaşamıram, amma atamla birgə kirayədə qalıram - Aktyor Şahin Nəsirov

  • "Filimlərə daha çağırmırlar, onların sinəsindən tutub soruşmaq lazımdır. Mən bunu bilmirəm"

Aktyor Şahin Nəsirovla bağlı yayılan video cəmiyyətdə maraq doğurub. Videodan sonra aktyorun küçələrdə yaşadığı, acınacaqlı vəziyyətdə olduğu deyilib.

Mövzu ilə bağlı aktyor Şahin Nəsirovla əlaqə saxladıq.

Sherg.az müsahibəni təqdim edir:

-Şahin bəy, bir çox saytlar acınacaqlı vəziyyətdə olduğunuzla bağlı video paylaşıblar. Həqiqətən o vəziyyətdə yaşayırsınız, filmlərdən getmisiniz?

-Qocalanda aktyoru yaddan çıxarırlar. Rus demiş "До того не опустились", yəni hələ o qədər də düşməmişəm aşağı...Acınacaqlı vəziyyətdə bir çoxları yaşayır. Hamı küçəyə düşməlidir? Küçədə yaşamıram, amma atamla birgə kirayədə qalıram.

Filimlərdən getmişəm deyəndə ki, məni daha çağırmırlar. 

-Sağlamlığınızda problem var?

-Şəkər xəstəsiyəm.

-Sizi niyə filmlərə çağırmırlar ki?

-Onların sinəsindən tutub soruşmaq lazımdır. Mən bunu bilmirəm. 

-Bəs maddi olaraq gəlir necə əldə edirsiniz?

-Onu demiyim...

-Hazırda Azərbaycan kinosunu necə dəyərləndirirsiniz?

-5-6 nəfər adam qalıb. Onlardan biri Vaqif Mustafayevdir. Vaxtı olanda hələ də məni gəlib çəkir, yaddan çıxarmır. Bilmirəm nə tapıb məndə (gülür). Biri də Şəfiqə Məmmədovadır. Mənim müəllimim olub...

Vaqif Mustafayevin "Molla Nəsrəddin" filminin çəkilişləri qutarıb, filmi təqdim etməlidirlər. Sadəcə festivalı gözləyirlər. Mən də oturub gözləyirəm ki, nə vaxt festival olacaq ondan sonra bizə icazə verilsin, mən də dostları, yoldaşları çağırım...

Aktyorlar həmişə narazı olan adamlardırlar. Həmişə narazıyıq, amma səbəbini də tapa bilmirik...

Qeyd edək ki, Şahin Nəsirov "Tək olanda qorxma", "Döngələr", "Həyat sən nə qəribəsən", "Ağanatiq", "Hörümçək toru", "Dəlixanadan məktublar" kimi film və seriallarda rol alıb. Həmçinin kitab müəllifidir.