Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sherg.az-a verilən xəbərə görə, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.
Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.