Son xəbərlər

Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Bakının Xətai rayonunda Ramal Ələkbərova kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb.

Sherg.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 29-da gecə saatlarında baş verib. M.Fəttayev şəxsi münasibətlər zəminində R.Ələkbərova xəsarət yetirib.

Polis tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.

***

Bakının Xətai rayonunda baş verən dava zamanı 21 yaşlı gənc bıçaqlanıb.

Sherg.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vunqtau küçəsində qeydə alınıb.

Masazır qəsəbə sakini, 2005-ci il təvəllüdlü Ramal Ələkbərov Vunqtau küçəsi, bina 16-nın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Bıçaq xəsarətləri alan R.Ələkbərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.