ABŞ Prezidenti Donald Tramp “süni intellekt” (AI) əvəzinə “super zəka” (SI) ifadəsinin işlədilməsində israr edir.
Sherg.az xəbər verir ki, Tramp sosial media hesabında Fox News və “The Wall Street Journal”ı “super zəka” əvəzinə “süni intellekt” ifadəsindən istifadə etməkdə ittiham edib.
“Problem deyil, çünki super zəka həmişə süni intellektdən üstün olacaq”, – deyə Tramp bildirib.
O, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Pol Atkinsin yaxın vaxtlarda “SI” ifadəsinin istifadəsini məcburi edəcəyini də iddia edib.
Qeyd edək ki, Tramp sentyabrın 30-da dövlət qurumlarının rəsmi sənədlərində “süni intellekt” əvəzinə “super zəka” və “SI” terminlərindən istifadəsini nəzərdə tutan prezident fərmanı imzalayıb.