Polşanın paytaxtı Varşavada abortların liberallaşdırılmasını tələb edən “Qadınların Prezident Sarayına yürüşü” adlı aksiya keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Aksiya iştirakçıları hakimiyyətdən abortların liberallaşdırılmasına dair qanunları imzalamağı tələb edirlər.
“Prezidentin onların taleyinə qərar verməsi üçün məhz 28 noyabr 2026-cı il tarixinədək vaxtı var: qanunları imzalamaq, veto qoymaq və ya Konstitusiya Məhkəməsinə göndərmək”, – deyə aksiyanın təşkilatçıları bildiriblər.
Onların sözlərinə görə, uzun illərdir Polşada keçirilən bütün ictimai rəy sorğuları cəmiyyətin əksəriyyətinin qanuni abortların tərəfdarı olduğunu açıq şəkildə göstərir.
Agentliyin məlumatına görə, bir neçə min nəfərdən ibarət yürüş iştirakçıları Seymdən Prezident Sarayına doğru hərəkət ediblər. Onlar əllərində plakatlar və bayraqlar tutaraq “Qanuni və pulsuz abortlar tələb edirik!” şüarını səsləndirirlər.
“KP.RU” daha əvvəl yazıb ki, 2024-cü ilin yanvarında Polşanın Baş naziri Donald Tusk hökumətin 12 həftəyədək təhlükəsiz və qanuni aborta imkan verən qanun layihəsini parlamentə təqdim edəcəyini bildirmişdi.
Qeyd edək ki, Polşada abort 1993-cü ildən qadağandır. İstisna hallara hamilə qadının həyatının təhlükə altında olduğu vəziyyətlər, eləcə də qadının zorlanma nəticəsində hamilə qalması daxildir.