Son xəbərlər

Türkiyə 2050-ci ilə qədər bunu hədəfləyir - Bayraqdar

Türkiyə nüvə elektrik stansiyalarını mütləq Akkuyu, Sinop və Trakyada inşa etməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar İstanbulda keçirilən "Əsrin gəncliyi: Enerji" proqramında çıxışı zamanı bildirib.

“Kiçik modul reaktorlar vasitəsilə də bu texnologiyanı istehsal edən ölkəyə çevriləcəyik. 70 illik arzu gerçəkləşdikdə və bu stansiyanın ilk reaktorunu istismara verdikdə, Türkiyə nüvə enerjisi sahəsində yeni dövrə tamamilə fərqli şəkildə hazırlaşacaq.

Nüvə enerjisi bizim üçün əvəzolunmaz enerji mənbələrindən biridir. 2050-ci ilə qədər Türkiyədə ən azı 12 reaktor inşa etmək istəyirik”, - deyə nazir bildirib.