Son xəbərlər

Samsun hava limanında təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Samsun şəhərindəki Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisədən sonra yanğınsöndürmə-xilasetmə (ARFF) və aidiyyəti qurumların əməkdaşları dərhal əraziyə cəlb olunaraq zəruri təhlükəsizlik tədbirləri görüblər.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, təlim uçuşu həyata keçirən tələbə pilotun səhhəti yaxşıdır və o, xəsarət almayıb.