Son xəbərlər

Türkiyədə dəhşətli qətl - Qadını öldürüb meyiti ilə polisə getdi

Türkiyənin Aksaray şəhərində 31 yaşlı iki uşaq anası Rabia Yeşildal sevgilisi Necati Doğanay tərəfindən silahla qətlə yetirilib.

Sherg.az xəbər verir ki, DHA-nın məlumatına görə, hadisə Yunus Emre məhəlləsində gecə saat 03:00 radələrində baş verib.

Məlumata görə, Rabia Yeşildal sevgilisi Necati Doğanayın evli və üç uşaq atası olduğunu öyrəndikdən sonra tərəflər arasında mübahisə yaranıb.

Mübahisədən sonra Doğanay qadını anasının yaşadığı ünvana aparacağını deyərək onunla birlikdə avtomobilə minib. Lakin yolda silahını çıxararaq Rabiaya atəş açıb. Başından güllə yarası alan qadın həyatını itirib.

Qadını öldürən 39 yaşlı Necati Doğanay onun meyitinin olduğu avtomobillə polis bölməsinə gedərək təslim olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Rabia Yeşildal 25 gün əvvəl keçmiş əri Osman Oruç tərəfindən 15 bıçaq zərbəsi ilə öldürülən 33 yaşlı Şefika Yeşildağın qohumu olub. Məlumata görə, Rabia və Şefikanın uşaqlıq illəri birlikdə keçib.