Son xəbərlər

Kurtulmuşdan Özələ çağırış: Bazar ertəsi axşamına qədər gözləyəcəyik

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Yeni Partiya”nin “Terorsuz Türkiyə” prosesi çərçivəsində yaradılacaq İzləmə Komissiyasına qoşulması üçün bazar ertəsi axşamına qədər gözləyəcəklərini bildirib.

Sherg.az xəbər verir ki, Numan Kurtulmuş Avstraliyanın Melburn şəhərində NTV-yə müsahibəsində gündəmdəki məsələlərə toxunub.

O, komissiyanın yaradılmasının qanunvericiliyin tələbi olduğunu və əsas vəzifəsinin prosesi bütün istiqamətləri ilə izləmək, qiymətləndirmək, zərurət yarandıqda təkliflər və qanun layihələri irəli sürməkdən ibarət olacağını deyib.

Kurtulmuş bildirib ki, siyasi partiyalara komissiyaya üzv təyin etmələri ilə bağlı müraciət göndərilib və cavablar üçün bazar ertəsi axşamına qədər vaxt verilib.

“Yeni Partiya”nın komissiyada iştirak etməyəcəyi ilə bağlı açıqlamasını şərh edən TBMM sədri qərarın yanlış olacağını vurğulayıb. Onun sözlərinə görə, partiya indiyədək prosesə ciddi töhfə verib və komissiyaya qoşulmamaq öz əməyini inkar etmək anlamına gələ bilər.

Kurtulmuş qeyd edib ki, komissiyada iştirak etməyərək prosesdən kənarda qalmaq əvəzinə, mövcud tənqid və təklifləri müzakirəyə çıxarmaq, demokratikləşmə istiqamətində atılacaq addımları izləmək daha doğru yanaşmadır.

TBMM sədri deputatların toxunulmazlığı məsələsinə də münasibət bildirib. O, siyasi fikirlərin parlament kürsüsündə sərbəst ifadəsini qorumağın vacibliyini vurğulasa da, deputatların şəxsi cinayətlərə görə məsuliyyətdən kənarda qalmamalı olduğunu deyib. Kurtulmuşun sözlərinə görə, hazırda parlamentdə toxunulmazlığın ləğvi ilə bağlı təxminən 1100 dosye var.