Son xəbərlər

İBB Məclisində 4 üzv AKP-yə qoşuldu

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisində 3 CHP-li və 1 Yeni Partiyalı üzv AKP-yə keçib.

Sherg.az xəbər verir ki, AK Partiyaya qoşulan üzvlərə partiyanın İstanbul üzrə sədri Abdullah Özdemir tərəfindən rozet taxılıb.

CHP-dən ayrılan Tan Hüseyn Kıroğlu, Mehmet Keleş və Cansel Armutlu, Yeni Partiyadan ayrılan Ali Can Yiğit AK Partiyanın sıralarına qatılıb.

Bu keçidlərdən sonra İBB Məclisində AK Partiyanın üzvlərinin sayı 135-ə yüksəlib. Yeni Partiyanın 114, CHP-nin 26, DEM Partinin 16, MHP-nin 7, BBP-nin 2 üzvü, həmçinin 9 müstəqil üzv var.

Abdullah Özdemir yeni üzvlərin AKP-yə qoşulmasını xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından müsbət qiymətləndirib.