Son xəbərlər

Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib

Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Rostov vilayətindəki Novoşaxtinski Neft Emalı Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

Həmçinin Samara vilayətində dron Prosvet kəndi yaxınlığındakı Samara nəqli və saxlama stansiyasına düşüb. Nəticədə yanğın baş verib.

Hər iki neft obyektində baş vermiş yanğının görüntüləri Teleqram kanallarında yayılıb.

Qeyd edək ki, Novoşaxtinski Neft Emalı zavodu Rusiyanın cənubunda yerləşən ən böyük neft emal edən zavoddur. Ötən həftə də bu obyekt dron hücumuna məruz qalmışdı. Nəticədə zavodun fəaliyyətini dayandırdığı açıqlanmışdı.