Rusiya Aİ və NATO ölkələrinin hava məkanını pozmaq ittihamlarını rədd edib.
Sherg.az xəbər verir ki, bunu Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bildirib.
Diplomat Qərb ölkələrinin Rusiyanı Polşadakı son insidentdə iştirakı ilə bağlı heç bir inandırıcı sübut təqdim etmədən ittiham etdiyini deyib. O, Rusiyanın NATO ilə birbaşa hərbi qarşıdurmada və gərginliyin artmasında maraqlı olmadığını vurğulayıb.
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski də Moskvanın ölkə ərazisinə raket və dronların düşməsində iştirakını təsdiqləyən sübutların olmadığını bildirib.