Türkiyənin Bolu vilayətində 10 uşaq və 3 bələdçinin olduğu avtomobillə əlaqə kəsilib. Bölgədə axtarış-xilasetmə tədbirləri görülür.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 14-17 yaş arası qız uşaqları və 3 bələdçinin iştirakı ilə birgünlük təbiət gəzintisi təşkil edilib.
Səyahətdən qayıdan zaman avtomobillə əlaqə kəsilib. Avtomobildən son GPS siqnalı Yedigöller Kapankaya ərazisindən alınıb.
Müvafiq qurumlar dronlarla axtarışları davam etdirir.