Son xəbərlər

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edərək liderliyini möhkəmləndirdi

Azərbaycan Premyer Liqasının XIII turunun açılış günündə “Neftçi” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə yeganə qolu Breno Almeyda (8-ci dəq.) vurub.

Bu nəticədən sonra xallarını 30-a çatdıran Yuri Vernidubun komandası turnir cədvəlində liderliyini möhkəmləndirib. Rəşad Sadıqovun komandası isə 20 xalla 5-ci pillədə yer alıb.

Qeyd edək ki, günün ilk matçında “Şəfa” səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib. Tura noyabrın 29-da yekun vurulacaq.