Son xəbərlər

Güclü külək “Beşiktaş”ın geri dönüşünə mane oldu

  • Komandanın təyyarəsi havaya qalxdı

UEFA Avropa Liqasının V turunda “Hapoel Beer-Şeva”nı 2:1 hesabı ilə məğlub edən “Beşiktaş”ın İstanbula qayıdışı hava şəraiti səbəbindən gecikib.

Sherg.az xəbər verir ki, Batumi hava limanında güclü külək səbəbindən komandanı daşıyan təyyarə vaxtında havaya qalxa bilməyib.

Əvvəlcə əlverişsiz hava şəraiti səbəbindən Batumiyə eniş edə bilməyən təyyarə Gürcüstan hava məkanında bir neçə dövrə vurduqdan sonra Rize-Artvin hava limanına yönəlib. Komanda buradan avtomobillə Batumiyə gedib.

Klubun son açıqlamasına görə, təyyarə gecikmə ilə havaya qalxıb. Komandanın təxminən 1,5 saatlıq uçuşdan sonra İstanbulun Sabiha Gökçen hava limanına enməsi planlaşdırılır.