Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb.
Sherg.az xəbər verir ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
***
12:03
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.
Qeyd olunub ki, Marqus Tsahkna Azərbaycan Xarici İşlər Nazirliyində Ceyhun Bayramov tərəfindən qarşılanıb.