Ermənistan və Rusiya arasında Ermənistan Dəmir Yolunun fəaliyyəti ilə bağlı işçi qrupunun ikinci görüşü İrəvanda keçirilib.
Görüşdə Ermənistan Dəmir Yolunun fəaliyyəti və modernləşdirilməsi məsələləri müzakirə olunub. Rusiya tərəfini “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin baş direktoru Aleksey Melnikov, Ermənistan tərəfini isə Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini David İvanyan təmsil edib.
Qeyd edək ki, işçi qrupunun ilk iclası noyabrın 17-də İrəvanda keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl Ermənistan Dəmir Yolunun rəqabət qabiliyyətinin artırılması üçün Rusiyadan investisiya gözlədiklərini bildirib.