Son xəbərlər

ABŞ dekabrın 25-dək İrana hücum edə bilər

“ABŞ Prezidenti Donald Tramp danışıqlarda əldə olunan istənilən irəliləyişi qələbə kimi təqdim edə bilər, amma İrana etibar etmir”.

Teleqraf xəbər verir ki, bunu iranlı siyasi analitik Şəhram Xəldi deyib.

Ekspertin sözlərinə görə, Tramp Milad bayramına (25 dekabr) qədər razılaşmanın əldə olunmayacağını düşünərsə, hərbi hazırlığın və sursat təminatının əhəmiyyətini nəzərə alaraq, İrana hücum variantını prioritet hesab edəcək.

Şəhram Xəldi İsrail Baş naziri Benyamin Netanyahu ilə Donald Tramp arasında əsas fikir ayrılığının İrana mümkün hücumun vaxtı və üsulu ilə bağlı olduğunu bildirib.