Son xəbərlər

18 ölkədə beynəlxalq əməliyyat: 65 nəfər tutuldu

Avropa, Şimali Afrika və Yaxın Şərq ölkələrində keçirilən beynəlxalq əməliyyat zamanı 65 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə İnterpolun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə məqsədilə keçirilən "8-ci Neptun" əməliyyatı 18 ölkəni əhatə edib.

Əməliyyat çərçivəsində terrorçu qruplaşmalarda və terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən şəxslər Əlcəzair, Tunis və Albaniyada saxlanılıb.

Portuqaliyada isə əməliyyat zamanı narkotik qaçaqmalçılığında şübhəli bilinən iki nəfər tutulub. Həmçinin 290 kiloqram kokain müsadirə edilib.