Son xəbərlər

Trampdan Putinə: Avropaya hərbi təcavüzü dayandır!

ABŞ Prezidenti Donald Tramp Çində rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı onu Avropada hərbi təcavüzü dayandırmağa çağırıb.

Axar.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, o, görüş zamanı Moskva ilə Kiyev arasında tezliklə sülh razılaşmasının əldə olunacağına da ümidvar olduğunu bildirib.

"Çində... Putinlə söhbətlərim zamanı Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzün dayandırılmasını istədiyimi dedim. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək mümkün olacaq və bu, tezliklə baş verəcək", - ABŞ lideri qeyd edib.