Son xəbərlər

Şəmkirdə kəndin mərkəzində qonur ayı göründü

Şəmkir rayonunun Keçili kəndinin mərkəzində qonur ayı görünüb.

Oxu.Az-ın məlumatına görə, vəhşi heyvan kəndin klub kimi tanınan ərazisində müşahidə edilib. Sakinlər ayının görüntüsünü lentə alıblar.

Onların sözlərinə görə, yırtıcı canlı səs-küydən sonra ərazidən uzaqlaşıb.