Son xəbərlər

Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Bu gün Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Estoniya xarici işlər naziri Marqus Tsaxna, azərbaycanlı həmkarı Ceyhun Bayramov və rəsmi şəxslər iştirak ediblər.

Nazir səfirliyin yerləşdiyi binanın qarşısında Estoniyanın dövlət bayrağını ucaldıb.

Qeyd edək ki, Azərbaycan və Estoniya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub.

Estoniyanın Azərbaycandakı səfirliyi isə bu il martın 1-dən fəaliyyətə başlayıb.