Son xəbərlər

Ukrayna Prezidenti: Bizə ABŞ-dən Rusiyadan da eşitdiyimiz siqnallar lazım deyil

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarında daha çox irəliləyişə ehtiyac olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində danışıb.

Ukrayna dövlət başçısı qeyd edib ki, xüsusilə ABŞ-nin mövqeyinin həqiqətən Amerika mövqeyi olması Kiyev üçün vacibdir: “Bizə ABŞ-dən Rusiyadan da eşitdiyimiz siqnallar lazım deyil”.

Volodimir Zelenski hesab edir ki, Donald Tramp administrasiyası Rusiyaya onun istədiyi səviyyədə təzyiq göstərmir:

“Halbuki Rusiya təcavüzkardır və məhz buna görə ona təzyiq edilməlidir. Burada söhbət rəvan söhbətlərdən getmir. Söhbət gücə və nüfuza malik olduğu üçün təzyiq göstərmək iqtidarında olan qüdrətli dövlətdən gedir”.