Son xəbərlər

Başına tük əkdirən kişilərdən uzaq gəzmək lazımdır - Ulucay Akif

Kulis.az ədəbiyyat və mədəniyyət portalının Baş redaktoru, şair Ulucay Akif kişilərin xarici görünüşə münasibəti ilə bağlı ironik və bir qədər də sərt fikirlər səsləndirib.

Onun fikrincə, saçının tökülməsini qəbul etməyən, yaşlanmağın təbii əlamətlərini gizlətməyə çalışan kişilərlə nə dostluq etmək, nə sevgili olmaq, nə də ailə qurmaq olar.

Ulucay Akif bu düşüncəsini özünəməxsus yumor və istehza ilə ifadə edib. O bildirib ki, 40 yaşında bir kişinin saç əkdirmək üçün böyük məbləğdə pul xərcləməsi, üstəlik, nəticənin də arzulandığı kimi olmaması qəbuledilməzdir.

Şair fikirlərini belə yekunlaşdırıb: “Bir kişi saçının tökülməyini qəbullanmırsa, onla heç nə haqqında danışmaq olmaz”.