Noyabrın 27-si gecəsi Ukrayna ordusu Rusiyanın Tula bölgəsindəki "İsgəndər" ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu Sintetik Kauçuk Zavoduna zərbə endirib.
Qeyd olunur ki, sintetik kauçuk bərk raket yanacağının əsasını təşkil edir. O, oksidləşdirici maddəni və metal tozunu tək güclü yükə çevirir. Bu yük çatlamır və raket mühərrikində bərabər şəkildə yanır.