Son xəbərlər

Tramp: Melaniya Rusiya və Ukrayna arasında ABŞ-nin adından danışıqlar apara bilər

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Ukraynanın Oleşki şəhərində atəşkəsin əldə edilməsindəki rolunu nəzərə alaraq, onun Amerikanı danışıqlarda təmsil edə biləcəyini söyləyib.

Teleqraf xəbər verir ki, o, ABŞ-nin birinci xanımının çox yaxşı işlər gördüyünü bildirib.

Donald Trampın sözlərinə görə, Melaniya Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olub və cəbhə bölgəsini tərk edə bilməyən 800-dən çox insanın təxliyəsi mümkün olub:

“Bilmirəm, bəlkə də ona ölkəmiz adından danışıqlar aparmağı həvalə etmək lazımdır. O, yaxşı bir atəşkəsə nail oldu. Çox sayda insan (işğal altındakı ərazilərdən – red.) çıxa bildi. Bu, yaxşı nəticədir”.

ABŞ Prezidenti Melaniya Trampın birinci xanım vəzifəsini çox yaxşı yerinə yetirdiyini də vurğulayıb.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. ABŞ-nin birinci xanımı bundan sonra Ağ Evdə Rusiya və Ukraynanın nümayəndələri ilə görüş keçirib.