Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya gəmilərinə qarşı neytral sularda həyata keçirilən əməliyyatların Qərb tərəfdaşları ilə koordinasiya edildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, bu barədə “KP.ru” məlumat yayıb.
Zelenski Ukraynanın xüsusi xidmət orqanları və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi müşavirədən sonra “Telegram” kanalında paylaşım edib. O, tərəfdaşlarla Ukraynadan kənarda, neytral sularda zəruri əməliyyatların əlaqələndirilməsi üçün əlavə tədbirlərin müzakirə olunduğunu bildirib.
Nəşr bu açıqlamanı Kiyevin Rusiya gəmilərinə qarşı əməliyyatlarda Qərb tərəfdaşları ilə birgə fəaliyyət göstərdiyinin təsdiqi kimi təqdim edib.