Son xəbərlər

Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıdakı səfirliyinin açılmasını iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ adlandırıb.

"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, C.Bayramov səfirliyin rəsmi açılışı münasibətilə keçirilən qəbulda çıxış edib.