Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə gərginliyin azaldığını və İrəvanın mübahisəli məsələləri dostluq şəraitində həll etmək niyyətində olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Paşinyan qarşıdakı Rusiya səfərlərini şərh edərkən Moskva ilə dialoqun əsas məqsədinin mövcud problemlərə həll yolları tapmaq olduğunu deyib.
O vurğulayıb ki, Ermənistanın Rusiyaya zərər vermək niyyəti yoxdur və İrəvan qarşılıqlı suverenliyə və maraqlara hörmət əsasında münasibətlərin inkişafında maraqlıdır.
Baş nazir ikitərəfli münasibətlərdə müsbət dinamikanı Ermənistanın dostluq və qardaşlıq yanaşması ilə əlaqələndirib. O, həmçinin dəmir yolu məsələsinə toxunaraq, Rusiyanın bu sahəyə böyük investisiyalar yatırmağa hazır olub-olmadığını öyrənməyin əsas vəzifələrdən biri olduğunu bildirib.
Qeyd edək ki, Paşinyan dekabrın 3, 11 və 22-də Rusiyaya səfər etməyi planlaşdırır.