Tesla və SpaceX şirkətlərinin CEO-su və dünyanın ən varlı şəxslərindən biri Elon Mask ABŞ-dakı hər uşağa iki SpaceX səhmi verəcəyini açıqlayıb.
Mask bu barədə ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edib. O, “Amerikadakı hər uşağa iki ədəd SpaceX səhmi veriləcək- biri şirkətdən, digəri isə şəxsən məndən” deyə bildirib.
Mask vədi ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Səhmlərin hansı yaş qrupundakı uşaqlara veriləcəyi, onların necə paylanacağı və bunun nə vaxt həyata keçiriləcəyi də hələlik məlum deyil.
ABŞ mediasının məlumatına görə, ölkədə təxminən 72 milyon uşaq yaşayır. Bu rəqəm əsasında hər uşağa iki səhm verilməsi vədinin ümumi dəyərinin təxminən 18,4 milyard dollar olduğu hesablanır.